Liviyanın Benqazi şəhərində bomba quraşdırılan avtomobilin partladılması nəticəsində 23 nəfər həlak olub. Axar.az xəbər verir ki, Quvarşa bölgəsində baş verən terror aktında təhlükəsizlik qüvvələrinin hədəf alındığı bildirilib. Məlumata görə, məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib. Qeyd edək ki, hücum ABŞ-ın Liviya Milli Birlik Hökumətinin istəyindən sonra ölkədə hərbi əməliyyatlara başlayacağını bildirməsindən sonra baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB