Suriya yenə terrora qurban oldu: 5 nəfər həlak oldu

Suriya yenə terrora qurban oldu: 5 nəfər həlak oldu

Suriya torpaqları yenə terror və bomba səsləri ilə "nəfəs alır". Dünən də Terrorçular Suriyanın Hələb şəhərinə zəhərli qazla doldurulmuş mərmilər atıblar. "RİA Novosti"-nin verdiyi xəbərə görə, hadisə nəticəsində beş nəfər dinc sakin həlak olub. Məlumata görə, mərmilər şəhərin Bab-əl-Fərəc və Bustan-Kəl-Ab rayonlarında partlayıb. Terrorçuların atdığı kimyəvi silah insanın sinir sistemini zədələyir və boğulmaya səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə