Suriyanın Hələb şəhərində rus ordusuna məxsus bir hərbi vertolyotun müxaliflər tərəfindən hücuma məruz qalması iddia edilib. SİA-nın Türkiyənin "Anadolu" Agentliyinə istinadən məlumatına görə, hadisə nəticəsində helikopterin ekipajı ölüb. Digər ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.
Suriya rəsmiləri və Rusiya dövləti isə Hələbdə qəzaya uğrayan vertolyotla əlaqədar heç bir şərh verməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB