"Əl-Ərəbiyyə": Yəməndə qədim məscid məhv edildi

"Əl-Ərəbiyyə": Yəməndə qədim məscid məhv edildi

Ötən cümə Yəmənin cənub-qərbində radikal dini qruplaşma qədim məscidi məhv edib. Bu barədə "Əl-Ərəbiyyə" peyk telekanalı məlumat yayıb.

Kanalın məlumatına görə, Əbu əl-Abbas adlı şəxsin komandanlıq etdiyi vəhhabilərdən ibarət bir qrup XVI əsrdə inşa edilən dini məbədi partladıb. Teleşirkətin məlumatında qeyd olunur ki, Yəmənin muzey və qədim işlər üzrə komissiyası bu cinayəti pisləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə