Ərdoğanı öldürmək istəyən 8 əsgər ələ keçdi

Ərdoğanı öldürmək istəyən 8 əsgər ələ keçdi

15 iyul dövlət çevrilişi cəhdi zamanı Mərmərədə olan Prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən və 16 gündür qaçan əsgərlərdən 8-inin yeri müəyyənləşib. Türkiyə mediası xəbər verir ki, fərari əsgərləri kəndlilər görüb və jandarmaya məlumat çatdırıb. Bundan sonra onların yaxalanması üçün əməliyyat başlayıb.

Əsgərlər "təslim olun" çağırışına atəş açmaqla reaksiya veriblər və atışma başlayıb. Bir müddət davam edən atışmadan sonra 8 fərari əsgər ələ keçirilib və həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə