Suriya prezidenti Bəşər Əsəd yenə qanlı cinayətə imza atıb. Belə ki, Bəşər Əsəd qüvvələrinin Hələbdə yaşayış məntəqələrini bombalaması nəticəsində 10 nəfər həlak olub, 30-u yaralanıb. Suriya ordusuna aid bir helikopterin Hələbin Ənsari səmtinə hücumunda xeyli sayda ev, iş yerləri və nəqliyyat vasitələri yararsız hala düşüb. Ölü və yaralılar mülki vətəndaşlar tərəfindən ərazidən çıxarılıb. Hadisə yerinə gələn yanğınsöndürən maşınlar əraziyə yayılan şiddətli yanğını söndürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB