Fətullah Gülən başqa bir ölkəyə qaçaq yolla gedərsə, bu, ABŞ-ın icazəsi ilə olacaq. Bu açıqlama ilə Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ Gülənin ABŞ-dan qaçması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən çıxış edib.
Nazirin sözlərinə görə, Gülənin üçüncü bir ölkəyə qaçmaq üçün yollar axtardığına dair mühüm kəşfiyyat məlumatları var: "Bizə gələn məlumatlara görə, Gülən hazırda ABŞ-dadır. Amma üçüncü bir ölkəyə qaçmaq üçün axtarışdadır. ABŞ izn verməsə, heç yerə qaça bilməz. Oradan ayrılıb başqa bir ölkəyə qaçaq yolla gedərsə, bu, ABŞ-ın icazəsi ilə olacaq. ABŞ Türkiyədə çevriliş təşəbbüsünü gerçəkləşdirmiş birisinin, dünyanın günlərdir danışdığı bir adamın xəbərsiz qaçıb getməsini açıqlasa, buna bütün dünya gülər. Türkiyə olaraq biz ABŞ-dan Gülənin ekstradisiyasını istəyirik. Çünki etdiklərinin hesabını verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB