Yəmən də "qaynar qazan" kimi gərginlik içərisindədir. Məsələ burasındadır ki, bu ölkənin Şəbva əyalətində hökumət qüvvələri ilə üsyançı husilər arasında baş verən silahlı toqquşmalar nəticəsində azı 10 nəfər ölüb, 17 nəfər yaralanıb. RİA Novosti agentliyinin verdiyi xəbərə görə, Yəmənin mərkəzi bölgəsində yerləşən Şəbva əyaləti hazırda husilərin nəzarəti altındadır.
Küveytdə davam edən sülh danışıqlarında Yəmən rəhbərliyi BMT-nin münaqişənin nizamlanması üzrə layihəsini qəbul, üsyançı husilər və eks-prezident Əli Abdulla Salehin tərəfdarları isə rədd ediblər.
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB