Irəvanda atıışma
"Yeni Ermənistan" İctimai Xilas Fondunun silahlı üzvlərinin zəbt etdiyi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasında atəş səsləri eşidilir. SIA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, baş verən olayla bağlı hələ rəsmi informasiya yoxdur. Hadisə yerində olan "RİA Novosti" əməkdaşı bildirib ki, hazırda polis binasına gedən yolu əhatəyə alan polislər arasında hər hansı fəallıq müşahidə olunmur. Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.

Bütün xəbərlər Facebook səhifəmizdə