Deyəsən Rusiya ilə Avropa Birliyi arasındakı siyasi "buzlar əriməyə" başlayıb. Artıq Avropanın ali qurumunda bir çoxları Moskva ilə səmərəli əməkdaşlığın vacibliyi barədə fikirləşir. Həttda Avropa Birliyi (AB) Rusiya iqtisadiyyatının müəyyən hissəsinə yönəlmiş sanksiyaları 2017-ci ildə ləğv edə bilər. Bu xəbəri adı açıqlanmayan AB diplomatı "Röyter"ə müsahibəsində deyib. Onun sözlərinə görə, sanksiyaların uzadılması getdikcə çətinləşir: "Sanksiyaların davam etməsi üçün səsvermə getdikcə daha da çətinləşir. Sanksiyaların hamısını birdən qaldıra da bilmərik. Ancaq müəyyən qadağaların aradan götürülməsi üçün qərar verilə bilər". Diplomat sanksiya ləğvinin hansı sahəni əhatə edəcəyi barədə məlumat verməyib.
Xatırladaq ki, 2014-cü ildə Krımın ilhaqından sonra Rusiyaya qarşı maliyyə, enerji və müdafiə sahələrində sanksiyalar tətbiq edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB