İstanbul məhkəməsi prokurorluğun iddiası ilə Fətullah Gülənlə əlaqədə şübhəli bilinən 17 jurnalist barəsində həbs qətimkan tədbiri seçib. Anadolu Agentliyi xəbər verir ki, şübhəlilər Çağlayandaki Ədliyyə İdarəsinə göndərilib. Onların arasında məşhur jurnalist Nazlı İlıcakın da adı var. Jurnalistlərdən 4-ü ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
İstanbul Terror və Mütəşəkkil Cinayətkarlıq Bürosunun baş prokuror əvəzi İrfan Fidan 42 media mənsubunun məsuliyyətə cəlb olunması haqqında təlimat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB