İŞİD-in əlində 1.3 milyard dollarlıq silah var

İŞİD-in əlində 1.3 milyard dollarlıq silah var

Mərkəzi və Şərqi Avropa ölkələrinin son illərdə Yaxın Şərqə satdığı 1.3 milyard dollarlıq silah-sursatın böyük bir qismi İŞİD-in əlindədir.

Axar.az xəbər verir ki, bu barədə "Balkan Tədqiqatçı Jurnalistlər Şəbəkəsi" (BIRN) və "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi" (OCCRP) beynəlxalq qurumlarının hazırladığı hesabatda bildirilib.

"Şərqi Avropa ölkələrindən havaya qalxan yüzlərlə təyyarə Yaxın Şərqə ölümcül yüklər daşıyır. Silah-sursatın böyük qismi Suriya və Yəmənə göndərilir. Satışı həyata keçirən ölkələr silahların haraya aparıldığının fərqindədirlər. Bir çox faktların olmasına baxmayaraq, rəhbərlər buna gözyumurlar. Beynəlxalq təşkilatlar da silahların terrorçu qruplaşmaların əlində olmasını təsdiq edir", - məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə