"Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb”

"Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb”

Rusiyanın "Su-24M" qırıcısının vurulması haqqında qərar türkiyəli pilot tərəfindən qəbul edilib. "RİA Novosti" xəbər verir ki, bu barədə jurnalistlərlə görüş zamanı Türkiyə baş nazirinin müavini Mehmet Şimşək bildirib. "Qərar şəxsən təyyarənin pilotu tərəfindən qəbul edilib", - o deyib. M.Şimşək söyləyib ki, bu vəziyyət hərbçilərə müəyyət vəziyyətlər zamanı qərar qəbul etmək hüququnun verilməsinə dair mövcud qayda ilə bağlıdır. "Türkiyənin heç vaxt Rusiyaya qarşı düşmənçilik hissi olmayılb və olmayacaq", - baş nazirin müavini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə