Erməni şahmatçılar Bakıya gəlməyəcəklər

Erməni şahmatçılar Bakıya gəlməyəcəklər

Şahmat üzrə Ermənistan yığması Bakıda keçiriləcək 2016-cı il Dünya Şahmat Olimpiadasında iştirak etməyəcək. Report xəbər verir ki, bunu Ermənistan Şahmat Federasiyasının vitse-prezidenti Smbat Lputyan bəyan edib. "Ermənistan Şahmat Federasiyası Bakıda keçiriləcək Şahmat Olimpiadasında iştirak etməmək barədə qərar qəbul edib. Bu, bizim ümumi və yekun qərarımızdır", - deyə o əlavə edib. Dünya Şahmat Olimpiadası sentyabrın 1-də Bakıda start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə