Türkiyənin Gömrük və Ticarət naziri Bülənd Tüfəngçi bildirib ki, Türkiyə hökuməti Fətullah Gülən hərəkatının fəaliyyəti ilə bağlı olan bütün şirkətləri bağlayacaq. Türkiyənin "Hürriyyət" qəzetinin yaydığı xəbərə görə, türkiyəli nazir qeyd edib ki, hökumət Gülən tərəfdarlarına sponsorluq edən şirkətlərlə bağlı araşdırma aparacaq.
Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd olub. Bundan sonra Türkiyə hakimiyyəti ordu, polis, ədliyyə, təhsil sistemindəki Gülən tərəfdarlarına qarşı təmizləmə kampaniyasına başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB