İŞİD Kabili qana boyadı, 61 nəfər öldü!

İŞİD Kabili qana boyadı, 61 nəfər öldü!

Bu dəfə Əfqanıstanın paytaxtı Kabil şəhərində dəhşətli partlayış olub. Partlayış etiraz aksiyası zamanı baş verib. Politika.Az xəbər verir ki, partlayış Dehmazanq rayonunda əhalinin elektrik ötürücüləri tikintisinin layihələrindən birinə etiraz etmək üçün küçələrə çıxdığı zaman baş verib. Hadisə zamanı onlarla insan xəsarət alıb. Hadisə zamanı baş verən 3 ardıcıl partlayışda ölənlərin sayı 61-ə çatıb. Hadisə zamanı 207 nəfərin xəsarət aldığı bildirilir. Ölü sayının artacağı istisna edilmir. Hadisəyə görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə