Serj Sarkisyan hakimiyyəti kütləvi həbsləri davam etdirir. Belə ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bir neçə saat əvvəl Yerevandakı qiyamçılardan biri, tanınmış rəssam Aşot Petrosyanın evinə basqın ediblər. Virtualaz.org-un xüsusi müxbiri Vahan Martirosyanın verdiyi məlumata görə, onlar məşhur sənətkarın qızı Tatevik Petrosyanı həbs ediblər. Ermənistan xüsusi xidmət orqanları son vaxtlar Yerevanda müqavimət hərəkatının iştirakçılarına qarşı yeni taktikadan istifadə edirlər. Onların ailə üzvləri, yaxın qohumları həbs olunur, girov saxlanılır və bundan qiyamçılara təzyiq vasitəsi kimi istifadə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB