Ərdoğan: Vəzifədən uzaqlaşdırılan FETÖ-cular bir daha məmur ola bilməyəcəklər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu hərbi yolla devirməyə cəhd edən Fətullah Gülən qruplaşmasına qarşı daha sərt addımlar atılacağını bəyan edib. O bildirib ki, vəzifədən uzaqlaşdırılan FETÖ-cular bir daha məmur ola bilməyəcəklər: "Meydanlara axışan bütün vətəndaşlara təşəkkürümü bildirirəm. 15 iyul gecəsi 246 vətən övladı şəhid oldu. Onlar həmin gecə tarix yazdılar. Şübhəsiz, qəlblərimizdə onların yeri daim qorunacaq. İndən belə hər il 15 iyulda şəhidlərin xatirəsini yad edəcəyik. Millətimiz 710 il əvvəl Söyüddə, 563 il əvvəl İstanbulda olduğu kimi, Anadolu torpaqlarında istiqlalı bərqərar etməyi bacardı", - Ərdoğan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB