Binəli Yıldırım açıqladı: “Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq”

Binəli Yıldırım açıqladı: “Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq”

Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra prezident qvardiyasının buraxılmasına dair qərar verilib. APA-nın xəbərinə görə, bunu "A Haber" telekanalının efirində Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib. "Türkiyədə bundan sonra prezident qvardiyası olmayacaq, buna ehtiyac yoxdur", - deyə Binəli Yıldırım bildirib.

Qeyd edək ki, bundan əvvəl hərbi çevrilişə cəhdlə əlaqədar prezident qvardiyasının 300-dək əməkdaşı saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə