Barak Obama Türkiyədəki çevriliş cəhdindən danışdı

Barak Obama Türkiyədəki çevriliş cəhdindən danışdı

ABŞ-ın Türkiyədə baş verən uğursuz hərbi çevrilişlə bağlı əlaqələrinin olması yönündə yayılan məlumatlar əsassızdır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Barak Obama deyib. "Vaşinqtonun hərbi çevriliş cəhdini daha öncədən bilməsi ilə bağlı söylənilən fikirlər yanlışdır. Bu cür əsassız iddialar Türkiyədəki ABŞ vətəndaşları üçün təhlükə yaradır", - Obama bildirib.

Qeyd edək ki, Türkiyədəki uğursuz hərbi çevriliş cəhdininin bilavasitə ABŞ tərəfindən həyata keçirilməsi barədə mətbuatda məlumat yayılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə