Rusiya məxsus Su-24 bombardmançı təyyarəsini vurmaq qərarını türkiyəli pilot özü verib. Bu açıqlama ilə "Sputnik"ə müsahibəsində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktay çıxış edib. "Təyyarəni vurmaq qərarı havada verilib. Bu cür qərarı pilot, gücdən istifadə etmək qaydalarını rəhbər tutaraq, özü verir. Lakin o, hava məkanını qısa müddətlik pozan və onu tərk etmək niyyətində olan təyyarəni vurmaya da bilər", - deyə Yasin Aktay qeyd edib. Bununla belə o, ölkənin hava məkanının pozulmasını və bu cür halların təkrarlanmasının yolverilməz olduğunu deyib: "Bizim gücdən istifadə qaydalarımızı şübhə altına qoymamaq üçün ölkə rəhbərliyi pilotun hərəkətlərini dəstəkləyib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB