Co Bayden və Binəli Yıldırım Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə edilər

Co Bayden və  Binəli Yıldırım Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə edilər

ABŞ-ın vitse-prezidenti Co Bayden ilə Türkiyənin Baş naziri Binəli Yıldırım arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, söhbət zamanı Bayden Fətullah Gülənin ekstradisiya məsələsi ilə bağlı ABŞ məhkəmələrinin qərar verəcəyini və bu əsnada Türkiyə ilə birgə fəaliyyət yürüdəcəklərini bildirib. Binəli Yıldırım da öz növbəsində 15 iyulda baş verən uğursuz hərbi çevriliş cəhdinin əsas təşkilatçısı Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün lazımi sənədlərin ABŞ-a göndərildiyini qeyd edib.

Xatırladaq ki, bundan öncə ABŞ və Türkiyə prezidentləri arasında baş tutan telefon söhbətində də nurçu liderin ekstradisiyası müzakirə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə