Amerika yenə etiraz və kütləvi nümayişlərlə çalxalanır. Növbəti etiraz aksiyası ABŞ-ın Klivlend şəhərində keçirilib. RİA Novosti agentliyi xəbər verir ki, etiraz aksiyası zamanı 17 nəfər saxlanılıb. Saxlanılanlar barədə Klivlend polisinin nümayəndəsi məlumat verib. İnsident nəticəsində 2 polis əməkdaşı yüngül xəsarət alıb. Etirazçılar ABŞ bayrağını yandırmağa cəhd edib. Etiraz aksiyası Respublikaçılar partiyasının qurultay keçirdiyi stadionun qarşısında baş tutub.
Xatırladaq ki, qurultayda Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi olaraq namizəd seçilib. Noyabrın 8-də keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB