Türkiyənin baş naziri Binali Yıldırım özünün "Tvitter" səhifəsində fövqəladə vəziyyətin tətbiq olunması ilə bağlı fikirlərini bölüşüb. Baş nazir bildirib ki, Fövqəladə vəziyyətlə bağlı qərar xalqın gündəlik həyatına yönəlməyib: "Fövqəladə vəziyyətin tətbiqi dövlət mexanizminin nizamlanması və sürətləndirilməsinə yönəlib. Meydanları tərk etməyin. Çağırışımıza verilən cavab irticaya qarşı ən böyük gücümüz olmuşdur", - deyə B.Yıldırım yazıb. Xatırladaq ki, artıq Türkiyədə 3 ay müddətinə fövqəladə vəziyyət elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB