Baş nazir Tereza Mey İngiltərənin düşmənlərini hədələdi

Baş nazir Tereza Mey İngiltərənin düşmənlərini hədələdi

Britaniya parlamentində çıxışı zamanı ölkənin yeni Baş naziri Tereza Mey iddialı bəyanatla çıxış edib. Xanım Baş nazir qeyd edib ki, Böyük Britaniya ehtiyac yaranacağı təqdirdə nüvə zərbəsi endirməyə hazırdır. Onun sözlərinə görə, Britaniyanın belə addım atmaq iqtidarında olduğunu bütün düşmənləri bilməlidir. Qeyd edək ki, bundan öncə Mey Britaniyanın nüvə potensialının modernləşdirilməsi gərəkdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə