Ankara Vaşinqtona 60 gün vaxt verdi
Türkiyə ABŞ-dan bunu istədi

Türkiyə ABŞ-dan Fətullah Gülənin ekstradisiyasınadək müvəqqəti olaraq 60 gün müddətinə həbsini tələb edib. "CNN Türk"ün verdiyi məlumata görə, Türkiyə F. Gülənlə bağlı ABŞ Dövlət Departamentinə və Ədliyyə Nazirliyinə məktub göndərib.

ABŞ Dövlət Departamentindən Fətullah Gülənin ekstradisiyasının Türkiyəyə bildirilməsi, ABŞ Ədliyyə Nazirliyindən isə həbsi istənilib.

F. Gülən silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə