Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Hərbi Dəniz Donanmasının 14 hərbi gəmisi ilə əlaqə yaratmaq mümkün deyil. Türkiyə mətbuatı xəbər verir ki, Donanma komandiri Veysel Kezeli də hərbi qiyamdan sonra yoxa çıxıb. Onun harada olduğu məlum deyil.
Bundan başqa hərbi qiyamda istifadə edilən 2 ədəd hərbi helikopterin harada olduğu bilinmir.
"Hürriyet" qəzetinin yazarı Əbdülqadir Selvi bildirib ki, onların helikopterlə hərbi çevriliş cəhdi baş verən gecə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücumda iştirak edən və daha sonra meşəyə qaçan 25 nəfərlik qrupu xilas etmək üçün həmin əraziyə uçduqları ehtimal olunur. Hazırda helikopterlərin və əsgərlərin axtarışı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB