Almaniyada sərnişinlərə balta ilə hücum edən şəxs əfqan çıxdı

Almaniyada sərnişinlərə balta ilə hücum edən şəxs əfqan çıxdı

Almaniyanın Vürtsburq şəhərində qatarda sərnişinlərə balta ilə hücum edənin kimliyi məlum olub. APA-nın "Gazeta.ru"-ya istinadən məlumatına görə, cinayəti 17 yaşlı Əfqanıstan vətəndaşı törədib. Onun adı hələ ki, açıqlanmır. Hadisə nəticəsində xəsarət alan 15 nəfərdən 3-ün vəziyyəti ağır olaraq qalır. Hücumu törədən şəxs polis tərəfindən zərərsizləşdirilib. Cinayətin motivləri hələ ki, məlum deyil. Hadisənin terror hücumu olub-olmamasına dair məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə