Avstriya edam cəzasına görə Türkiyəyə qarşı çıxdı

Avstriya edam cəzasına görə Türkiyəyə qarşı çıxdı

Daha bir Avropa ölkəsi Türkiyə əleyhinə bəyanat yayıb. Belə ki, Avstriya Xarici İşlər naziri Sebastiyan Kurts söyləyib ki, əgər Türkiyə hərbi çevrilişə cəhd edənləri edam etsə, o, bir daha Avropa Birliyinə üzvlüyə iddia edə bilməyəcək. Onun sözlərinə görə, Avropa Türkiyədə baş verənləri kənardan izləməməlidir: "Son illər Türkiyə Avropadan uzaqlaşmağa başlayıb. Son hadisələrdən sonra saxlanılan 6 min nəfərdən təxminən 3 mininin məhkəmə sisteminin əməkdaşı olması dözülməzdir. Biz Türkiyədə edam cəzasının bərpa olunmasını qəbul etmirik".

Bütün xəbərlər Facebook səhifəmizdə