Ermənistanda siyasi gərginlik pik həddinə çatıb. Artıq Ermənistan polisi İrəvanın mərkəzində müxalifətin icazəsiz aksiyasını dağıdıb. TASS agentliyinin verdiyi xəbərə görə, insident İrəvanın Azadlıq meydanında baş verib. Bir qrup müxalifətçi Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasına yürüş etmək istəyib. Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB