Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iyulun 18-də Almatı şəhərində naməlum şəxslərin polis əməkdaşlarına hücumu ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Qazaxıstan KİV-ləri xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Almatı şəhərində naməlum şəxslərin polis bölməsinə və Milli Təhlükəsizlik Komitəsinin yerli departamentinə basqını nəticəsində 3 polis əməkdaşı və 1 mülki şəxs həlak olub, 14 nəfər isə yaralanıb. Hazırda Almatı şəhərində ən yüksək - qırmızı terror təhlükəsi səviyyəsi elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB