Çinin Tibet Muxtar Rayonunda qar uçqunu nəticəsində 9 nəfər həlak olub. Yerli hakimiyyət orqanlarının məlumatında bildirilir ki, ölənlər dəniz səviyyəsindən 4500 metr yüksəklikdə yerləşən Rutoq qəsəbəsinin otlaqlarındakı çobanlar olub. Uçqun nəticəsində 350 qoyun və 110 öküz də hündürlüyü 8 metrə çatan qar axını altında tələf olub.
Xilasedicilər növbəti qar uçqunu ehtimalını əsas götürərək ərazidəki digər çobanları daha təhlükəsiz yerə köçürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB