Putinlə Ərdoğan arasında telefon danışığı olub

Putinlə Ərdoğan arasında telefon danışığı olub

İyulun 17-də Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Rusiya Prezidentinin saytı xəbər verir ki, Prezident Vladimir Putin Türkiyədə baş verən qiyamda çoxsaylı insan tələfatından kədərləndiyini bildirib, Prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Rusiya Prezidenti dövlətin konstitusion quruluşuna qarşı fəaliyyətin yolverilməzliyi ilə bağlı ölkəsinin prinsipial mövqeyini ifadə edib.

Telefon danışığında Türkiyədə rusiyalı turistlərin təhlükəsizliyi məsələləri də müzakirə olunub.

Dövlət başçıları yaxın perspektivdə görüşmələri barədə əvvəlki telefon danışığında razılığa gəldiklərini təsdiq ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə