Amerikada yenə qanlı atıma, 3 polis öldürüldü

Amerikada yenə qanlı atıma, 3 polis öldürüldü

Amerika yenə qanlı bir olayla sarsıldı. CNN telekanalının xəbərinə görə, ABŞ-ın Baton-Ruj şəhərində atışma nəticəsində 3 polis əməkdaşı ölüb, çoxlu sayda polis əməkdaşı yaralanıb. Atışmada iştirak edən şübhəlilər hələ azadlıqdadır.

Qeyd edək ki, iyulun əvvəlində Baton-Ruj şəhərində polis afroamerikalı şəxsi güllələyib. Bu hadisədən və Minnesotda başqa bir afroamerikalının öldürülməsindən sonra ABŞ-ın bir çox şəhərində etiraz aksiyaları başlayıb. Baton-Ruj şəhərində aksiya zamanı polis 160 aksiya iştirakçısını saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə