Daha bir qiyamçı general və 51 hərbçi tutulub

Daha bir qiyamçı general və 51 hərbçi tutulub

İyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham edilən Dənizli qarnizonunun və 11-ci komando briqadasının komandiri, general-mayor Özhan Özbakır və daha 51 yüksək rütbəli hərbçi həbs edilib.

Anadolu Agentliyin xəbər verir ki, qiyamdan sonra həbs edilən 105 yüksək rütbəli hərbçidən 58-i haqqında istintaq başa çatıb.

Dənizlidə həbs edilən şəxslər İzmirdəki cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə