Çipras Ərdoğanla danışdı, 8 hərbçi Türkiyəyə qaytarıldı

Çipras  Ərdoğanla danışdı, 8 hərbçi Türkiyəyə qaytarıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan Baş naziri Aleksis Çipras arasında telefon əlaqəsi baş tutub. Axar.az xəbər verir ki, söhbət zamanı Çipras qanuni yolla yaradılmış Türkiyə hökumətinin yanında olduğunu ifadə edib. Yunan nazir həmçinin ölkəsinə qaçan 8 xain hərbçinin Türkiyəyə təhvil veriləcəyini də bildirib. Əldə etdiyimiz ən son xəbərə görə, iki lider arasındakı telefon danışığından sonra, hərbi çevriliş cəhdindən sonra Yunanıstana helikopterlə qaçan 8 nəfər hərbçi Türkiyəyə təslim ediliblər. Türkiyə mətbuatının yazdığına görə, helikopter Türkiyəyə qaytarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə