BMT Təhlükəsizlik Şurası Türkiyə məsələsində ikiyə bölündü

BMT Təhlükəsizlik Şurası Türkiyə məsələsində ikiyə bölündü

Türkiyədəki hərbi çevriliş cəhdi ilə bağlı məsələ, BMT Təhlükəsizlik Şurasının toplantısında da gərginlik yaradıb. SİA "RİA Novosti"yə istinadən xəbər veriri ki, şura üzvləri Türkiyədə baş verənlərlə bağlı bəyanatı razılaşdıra bilməyiblər. Misir ABŞ-ın təklif etdiyi bəyanat layihəsinə qarşı çıxış edib. Məlumata görə, ABŞ-ın təklif etdiyi bəyanat layihəsində aşağıdakı ifadə əks olunub: "Türkiyədə bütün tərəflər demokratik yolla seçilmiş hökumətə hörmətlə yanaşmalı, təmkinlik nümayiş etdirməli, zor və qan tökməkdən çəkinməlidir".

Misir tərəfi bəyanatın mətnini aşağıdakı variantda verməyi təklif edib: "Türkiyədə bütün tərəflər demokratik və konstitusion prinsiplərə və hüququn aliliyinə hörmətlə yanaşmalı, zor tətbiq etməkdən və qan tökməkdən çəkinməlidir". Nəticədə sənəd bloklanıb və bəyanat dərc edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə