Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kısıklıdakı evinin önündə xalq qarşısında çıxışı zamanı ABŞ Prezidenti Barak Obamaya çağırış edib. SİA xəbər verir ki, Türkiyə lideri B.Obamaya müraciətlə Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsini tələb edib:
"Mən buradan ABŞ-a səslənirəm. Hörmətli prezidentə çağırış edirəm. Pensilvaniyada 400 hektar ərazidə məskunlaşan o şəxsi ya deportasiya edin, ya da bizə təhvil verin. Mən bunların çevrilişə hazırlaşdıqlarını sizə demişdim. Lakin sözlərimə əhəmiyyət vermədiniz", - Ərdoğan bildirib.
Qeyd edək ki, ötən gecə baş verən hərbi çevriliş cəhdi zamanı 161 nəfər həlak olmuş, 100-dən çox şəxs isə yaralanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB