İyulun 15-də gecə saatlarında Türkiyədə baş verən qiyam zamanı dənizə açıldığı ehtimal edilən 5 hərbi gəmi İstanbul istiqamətindən İzmit körfəzinə qayıdıb. Anadolu Agentliyi xəbər verir ki, gəmilər bir-birinin ardınca körfəzdəki Gölcük bazasına daxil olub. Donanma rəisi, admiral Veysel Köselenin gəmilərin birində olub-olmadığı barədə heç bir məlumat verilməyib.
Gəmilərin bazaya qayıtması bölgə əhalisi tərəfindən maraqla qarşılanıb.
Polis Gölcük bazası komandanlığının giriş yolunu yük avtomobilləri ilə bağlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB