Türkiyənin baş naziri Binəli Yıldırım FETÖ-nun dövlət çevrilişi cəhdi ilə əlaqədar nəzarətin davam etdirildiyini və insanlardan meydanları boşaltmamalarını istədi. SİA-nın xəbərinə görə, Baş nazir öz "Twitter" hesabında "Türkiyə vətəndaşlarından meydanlara toplanmasını xahiş edirəm" notu ilə 38 saniyəlik video paylaşıb.
Video görüntü ilə insanlara səslənən Binəli Yıldırım deyib: "Nəzarət davam edir. Vətəndaşlardan hadisə tamamilə başa çatana qədər meydanları tərk etməmələrini və bütün vətəndaşlarımızı xüsusilə də Ankara və İstanbul meydanlarına toplaşmalarını xahiş edirəm. İşlər planlaşdırdığımız şəkildə davam edir. İnşaallah bu caniləri, terror təşkilatı mənsublarını təsirsiz hala gətirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB