Qərbi Avropada hakimiyyətə sağ radikal partiyaların gəlməsinin arxasında Kreml dayanır. Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş general-mayoru Oleq Kaluqin söyləyib. Onun sözlərinə görə, SSRİ və Rusiya xüsusi xidmət orqanları tarix boyunca hər zaman Qərb və Şərqdə SSRİ-yə pərəstiş edən müxtəlif qrupları maliyyələşdiriblər:
"Bu, təkcə Kommunist Partiyaları deyildi. Belə ki, həmin qruplar subsidiyaları DTK əməkdaşlarından alırdılar. Beləliklə, bir çox ölkələrdə beşinci kolon yaradılırdı. Onlar isə öz növbəsində bir çox ölkələrdəki siyasi dəyişikliklərdə plasdarm rolunu oynayırdılar. Rusiyanın məqsədi əvvəldən sahib olduğu şeylərin qorunmasıdır. Putin buna görə də aqressiya nümayiş etdirir. Onu Rusiyada dəstəkləyirlər. SSRİ parçalandı, Rusiya isə fəlakətin astanasındadır. Ona görə də ölkəyə güclü lider lazımdır ki, buna qarşı dayana bilsin".
Qeyd edək ki, Kaluqin SSRİ dağıldıqdan sonra ABŞ-a gedərək, orada yaşayıb. 2002-ci ildə Rusiya onu vətənə xəyanətdə ittiham edib. Kaluqin 2003-cü ildən rəsmən ABŞ vətəndaşıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB