Türkiyə Nitsa şəhərində törədilmiş terror aktı ilə bağlı Fransa xalqının kədərini bölüşür və bir daha təsdiq edir ki, Fransaya hərtərəfli kömək və dəstək göstərməyə hazırdır. "Anadolu" agentliyi xəbər verir ki, bu açıqlama ilə Türkiyənin Baş naziri Binali Yıldırım çıxış edib. Türkiyənin Baş naziri qeyd edib ki, terrorçuların dini, inamı, milliyyəti olmur: "Bütün dünya anlamalıdır ki, terrorizmlə mübarizə ayrı-ayrılıqda aparıla bilməz. Xüsusən də inkişaf etmiş ölkələrdə terrorçulara münasibətdə ikili standartlar belə faciələrə gətirib çıxarır". Baş nazir əlavə edib ki, İstanbul da terrorçuların hədəflərindən birinə çevrilib: "Fransa tədbirlər gördü, Türkiyədəki diplomatik missiyasının fəaliyyətini dayandırdı, lakin bu kifayət etmədi. Terror Fransanın ürəyində baş verdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB