Fransada dəhşətli terror- ölü sayı 80 nəfərə yaxınlaşır!

Fransada dəhşətli terror- ölü sayı 80 nəfərə yaxınlaşır!

Bu gecə Fransanın Nitsa şəhərində terror aktı törədilib. TASS agentliyi xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Ən son məlumata görə, ölənlərin sayı 80 nəfərə yaxınlaşır. Çox sayda yaralıların olduğu bildirilir. Yaralıların sayının 120-dək artdığı bildirilir. Məlumata əsasən, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. BFM TV telekanalının məlumatına görə, terrorçular və polis arasında atışma olub. France Press agentliyi isə həlak olanlar barədə məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə