Rusiya Prezidenti Vladimir Putin Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri ilə görüşüb. Bu barədə RİA Novosti məlumat yayıb. Xəbərdə deyilir ki, görüşdə V.Putin münaqişələrin nizamlanmasında RF və ABŞ-ın qarşılıqlı səylərini qeyd edib. C.Kerri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da görüşəcək. RF rəsmiləri hesab edirlər ki, C.Kerrinin səfəri Rusiya-ABŞ münasibətlərinin yaxşlaşmasına xidmət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB