Antalya zəlzələ şoku yaşadı

Türkiyənin turizm şəhəri olan Antalya, zəlzələ qorxusundan şoka düşüb. Türkiyə mətbuatının yaydığı xəbərdə deyilir ki, şəhərdə 4.2 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla saat 21.35-də qeydə alınıb. Episentri yerin 7.5 km dərinliyində qeydə alınan zəlzələ ən çox Antalyanın mərkəzində hiss olunub. Zəlzələ nəticəsində dağıntı və tələfat qeydə alınmasa da əhalinin təşviş içində olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə