BŞ polisi Vaşinqtonun Kapitoliya ərazisində film kimi həbs həyata keçirib. SİA "Associated Press"ə istinadən bildirir ki, avtomobilləri ilə "Ağ evə" yaxınlaşmaq niyyətində olan üç silahlını müəyyənləşdirərək onları zərərsizləşdirib.

Polisin xüsusi nümayəndəsi Dastin Strenbesk məlumat verib ki, polisə bu barədə siqnal daxil olub. Belə ki, Birinci və D küçələrinin kəsişməsində - Kapitoliyadan iki kvartal aralıda içində sihalı şəxslər olan avtomobil müəyyən olunub. Həbs zamanı silahlar işə düşməsə də polis müqavimətlə qarşılaşıb.Polis yalnı güc tədbiqi nəticəsində şübhəliləri yaxalamağa nail olub. Əməliyyat zamanı Kapitoliya binası və ətrafı polis kordonu ilə mühasirəyə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə