NATO-Rusiya münasibətləri ilə bağlı müzakirələr, artıq aktiv fazaya qədəm qoyub. Belə ki, artıq əksər Qərb siyasətçilərinin əsas mövzusuna çevrilmiş bu məsələyə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt da qoşulub. "Vol Strit Jurnal" qəzetinə açıqlamasında xanım M.Olbrayt bildirib ki, NATO və Rusiya arasındakı münasibətlərin bundan sonrakı inkişafı Moskvanın yaxın aylarda özünü necə aparmasından asılı olacaq. Onun sözlərinə görə, Kreml NATO ilə münasibətləri pisləşdirməklə bərabər, öz ölkəsinin iqtisadiyyatı üçün də problemlər yaratdı. O, hazırda Rusiya hakimiyyətinin öz ömrünü siğortalayıb uzatması üçün düşmənə ehtiyacı olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB