İtaliyanın cənubunda qatarların toqquşması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Hadisə yerinə gələn yerli administrasiya nümayəndələri qurbanların sayının artacağını istisna etmirlər.
Barletta-Andriya-Trani əyalətinin vitse-prezidenti Cüzeppe Korrado vəziyyətin gərgin olduğunu və ən azı 20 nəfərin həyatını itirdiyini bildirsə də, rəsmi olaraq cəmi 12 nəfərin həlak olduğu təsdiqlənib. Çox sayda yaralı regionun müxtəlif xəstəxanalarına göndərilib.
Xilasetmə əməliyyatlarına onlarla tibbi yardım maşını, bir neçə yanğınsöndürən dəstə və mülki müdafiə departamentinin helikopterləri cəlb olunub. Hadisənin çətin keçilən ərazidə baş verməsi xəsarət alanların təxliyə olunmasını çətinləşdirir.
Hazırda hadisə yerində xilasetmə xidmətinin əməkdaşları, həmçinin yanğınsöndürən və tibb briqadaları çalışır.
Əyalətin dəmiryolu xəttində hərəkət dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB