Bu gün Almaniya yığmasının ulduzu və "Mançester Yunayted" klubunun futbolçusu Bastian Şvaynştayger üçün əlamətdar gündür. "Bild" nəşri xəbər verir ki, Venesiya şəhərində 32 yaşlı yarımmüdafiəçinin toyu keçirilib.

Serbiyalı tennisçi Ana İvanoviçlə ailə həyatı quran Şvaynştayger toyunu İtaliyada etməyi lazım bilib. Mərasim 7 ulduzlu oteldə keçirilib.
Toy mərasimində iştirak edənlər arasında Bundesteamin baş məşqçisi Yoahim Löv, "Bavariya" klubunun sabiq prezidenti Uli Höness və futbolçu Tomas Müller də olub.
Mərasimin ardından cütlük motorlu qayıqla səyahətə çıxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB