Hindistanın Cammu və Kəşmir ştatında baş verən iğtişaşlar nəticəsində azı 31 nəfər həlak olub, 1300-dən artıq insan yaralanıb. Xarici agentliklər xəbər verir ki, həlak olanlar arasında polis əməkdaşları da var. Ümumilikdə isə iğtişaşlar nəticəsində 1365 nəfər yaralanıb. Onlardan 279 nəfər xəstəxanalara yerləşdirilib.
Kəşmirdə etiraz aksiyaları Hindistanda terror təşkilatı kimi tanınan "Hizb-ul-Mücahidin" qruplaşmasının 21 yaşlı fəalı Burhan Müzəffər Vaninin öldürülməsindən sonra başlayıb.
Cammu və Kəşmir Hindistanda əhalisinin əksər hissəsini müsəlmanların təşkil etdiyi yeganə ştatdır. Regionun Pakistana birləşdirilməsini tələb edən qruplar burada aktiv fəaliyyət göstərir.
Hindistan ilə Pakistanın rəsmi sərhədinin olmadığı Kəşmirdə iki ölkə ərazisini bir-birindən ancaq ordular arasındakı nəzarət xətti ayırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB